Çin yeni silah yaradıb

Çin Mərkəzi Televiziyası elektrik stansiyalarını, elektrik xətlərini sıradan çıxara bilən və təsirlənmiş ərazidə elektrik enerjisinin tam kəsilməsinə səbəb olan silahın işini əks etdirən animasiya videosunu nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) bəyanatına əsasən, bu silah düşmənin komanda və idarəetmə sistemlərinə təsir göstərərək ən azı 10 min kvadratmetr ərazidə genişmiqyaslı elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Silahın adı və növü ilə bağlı təfərrüat açıqlanmayıb. Bunun qrafit bomba və ya raket olduğu ehtimal edilir.

Comments are closed.

Tərcümə »