Azərbaycanda taxıl sahələrinin 59%-i biçilib, 1,85 milyon ton taxıl yığılıb

Azərbaycanda taxıl sahələrinin 58,6%-i biçilib, bu günədək biçin aparılmış 546 787 hektar sahədən 1 849 872 ton taxıl yığılıb.

İctimai Rəy bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir.

Bu il ölkə üzrə 932 min hektardan artıq sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 505 696 hektarı buğda, 426 623 hektarı arpa sahələridir.

İyunun 30-na qədər buğda sahələrinin 38,8 %-də, arpa sahələrinin isə 82,2 %-də biçin tam yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,2 sent/ha, arpa üzrə isə 32 sent/ha təşkil edir. Hazırda ümumi məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur. Artıq 14 rayonda arpa biçini tam başa çatıb, 17 rayonda isə biçin həcmi 90 faizi keçib. Yevlax rayonunda buğda biçininə yekun vurulub, Saatlı, Göyçay, Ağdaş, Bərdə, Masallı və Ucarda isə buğda biçini yekunlaşmaq üzrədir. Bu günədək buğda və arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb- 55 sent/ha. Samux rayonunda buğda üzrə orta məhsuldarlıq 49,5 sent/ha, Bərdə, İmişli və Sabirabad rayonlarında isə arpa üzrə orta məhsuldarlıq 39,4 sent/ha təşkil edib. Taxıl biçininin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Comments are closed.

Tərcümə »