Avropa Komissiyası (AK) ABŞ-la ticarət müharibəsinin qarşısını almaq üçün 80 milyard avro dəyərində Amerika məhsullarına gömrük rüsumlarını azaltmağa hazırdır. Musavat.com xəbər verir ki, məlumatı Fransanın “Le Point” jurnalı yayıb.
Nəşrin məlumatına görə, Amerika tərəfi ilə danışıqları ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç aparır. Onun vəzifəsi iyulun 24-də Haaqada keçiriləcək növbəti NATO sammitinə qədər ABŞ-la ticarət razılaşması əldə etməkdir.
Le Point qeyd edir ki, Amerika administrasiyası praktiki olaraq “əvəzində heç nə verməyəcək”. Beləliklə, Vaşinqton “Avropadan malların ixracına qoyulan boğucu tarifləri zəiflətmədən” Avropa bazarına imtiyazlı çıxış əldə edəcək. AK rəhbəri Ursula von der Lyayen bu müqaviləni imzalaya bilər, lakin o, Aİ üzv dövlətləri tərəfindən təsdiqlənməlidir.
Le Point-in fikrincə, güzəştlərin əsas tərəfdarlarından biri Almaniya kansleri Fridrix Merzdir, çünki Almaniya ticarət müharibəsi səbəbindən avtomobil sənayesi nümayəndələrinin Amerika bazarına çıxışını itirməkdən qorxur.
Comments are closed.