Bazar günü səhər ABŞ-ın İranın Natanz, İsfahan və Fordo nüvə obyektlərinə endirdiyi hava zərbələrinin əks-sədası davam edir.
ABŞ və İsrail təhlükəsizlik rəsmiləri B-2 bombardmançılarından atılan, hər biri 13 ton ağırlığında MOP bombalarının, eləcə də ABŞ sualtı qayıqlarından atılan Tomahawk raketlərinin İsfahan obyektini “tamamilə məhv etdiyini”, Natanz və Fordoya “ciddi ziyan” vurduğunu deyirlər.
Musavat.com bildirir ki, İranın uranı zənginləşdirmək üçün istifadə etdiyi bu obyektlərə böyük ziyan vurması Tehranın nüvə zənginləşdirmə proqramına böyük zərbə vursa da, 60 faiz zənginləşdirilmiş mövcud uran ehtiyatının taleyi məlum deyil.
ABŞ və İsrail bu uranın İran tərəfindən qaçaqmalçılıq yolu ilə keçirilə biləcəyi variantını qiymətləndirirlər. Peyk görüntüləri də hücumdan bir neçə gün əvvəl Fordo obyekti ətrafında avtomobillərin hərəkətini göstərir.
Qeyd edək ki, ABŞ və İsrail nüvə obyektlərinə hücumdan sonra zənginləşdirilmiş uran ehtiyatının izinə düşüblər.
Nüvə silahı istehsal etmək üçün uran 90 faizə qədər zənginləşdirilməsə də, Vaşinqton və Təl-Əviv hesab edir ki, İranın 400 kq 60 faiz zənginləşdirilmiş uran ehtiyatı qısa müddətdə silah istehsal gücünə çatdırıla bilər.
New York Times qəzetinə danışan ABŞ rəsmisi iddia edir ki, İran qısa müddət ərzində 9 və ya 10 nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.
Comments are closed.