Deputatdan əhaliyə xoş xəbər: Bir həftə sonra…

Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq.

Bunu parlamentin iclasında deputat Vüqar Bayramov deyib.

Bildirib ki, cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq:

“Sonuncu artımlar 1.1 milyon vətəndaşlarımızı əhatə edəcək və bu Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir. Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır deyən cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti də məhz vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsidir.

Məhz, möhtərəm Prezidentin tapşırıqlarına uyğun olaraq bu ilin yanvar ayından 5-ci sosial paketin icrasına start verilib. Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edən yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşıb.

Yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək”.

V.Bayramov əlavə edib ki, 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq: “Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”.\\musavat\\

Comments are closed.

Tərcümə »