Bolqarıstanın Albena şəhərində “Golden Sands Cup 2025” beynəlxalq futbol turniri keçirilib.
İctimai Rəy xəbər verir ki, Azərbaycanın “Ulduz” Futbol Akademiyasının 11 yaşlılardan ibarət komandası bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya və Ukraynadan 12 komandanın mübarizə apardığı turnirin qrup mərhələsində “Kids”ə (Moldova) 3:0, “CFR Timişoara”ya (Rumıniya) 9:0 və “Champion”a (Ukrayna) 12:1 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala qrup birincisi kimi vəsiqə qazanıb. Komanda bu raundda Moldova “Juppiter”ini (6:3), finalda isə ev sahibi “Çerno More”ni (1:0) məğlub edib.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə 8 yaşdan 15 yaşadək istedadlı uşaqları heyətə cəlb edərək yaradılmış “Ulduz” FA qısa müddətdə ölkə çempionatında uğurlu çıxışı ilə fərqlənir.
Qeyd edək ki, nazirlik artıq 4 ildir ölkəmizdə aşağı yaş qrupları üzrə beynəlxalq futbol turnirləri təşkil edir. “Qol-15” Bakıda, “Ulduz Cup” isə Quba şəhərində keçirilib. Bu yaxınlarda Qubada növbəti dəfə keçiriləcək “Ulduz Cup” beynəlxalq turnirində ölkəmizin “Ulduz” FA və “Qarabağ”, eləcə də, Türkiyənin “Trabzonspor Scholl”, Özbəkistanın “Paxtakor”, Gürcüstanın “Dinamo” (Tbilisi), Küveytin “Grand” FA, Qırğızıstanın “Sdushorhsı, Qazaxıstanın “Şaxtyor” FK (Karaqanda) və Qətərin “Aspire Academy” komandaları mübarizə aparacaqlar.
Comments are closed.