Əgər insanlar bir gün Marsa yerləşməyi bacarsalar, bu, Günəş sistemindəki ən çətin mühitlərdən birinə qədəm qoymaları demək olacaq.
Qırmızı Planetdə həyatın əslində necə olacağını anlamaq istəyiriksə, evimizə çox daha yaxın bir mühitə baxmalıyıq.
Məhdud sahə, məxfiliyin olmaması, pis yeməklər və sərt bir gündəlik rejim…
Mütəxəssislərə görə, Marsa gedəcək astronavtların qarşılaşacağı şərtlər, kəşfiyyatçılardan çox məhbusların həyatına bənzəyəcək.
Bristol Universitetindən kosmik sistemlər mühəndisi Prof. Lucy Berthouda görə, Marsdakı həyat şəraitini ən yaxşı əks etdirən yer həbsxanalardır.
Prof. Berthoud bildirib ki, astronavtlar ilə məhbuslar bənzər problemlərlə üz-üzə qalırlar:
“Yetərsiz şəxsi sahə və məxfiliyin olmaması, sıxlıqda yaşamaq, pis qidalar, lazımsız risklər, sərt qaydalar, qaydasız bir mühit və monoton gündəlik rejim”.
Yer kürəsindən təxminən 225 milyon kilometr uzaqlıqda, qapalı bir yaşayış məkanında “həps olunacaq” astronavtların, dünyadakı həbsxanalardakı məhbuslardan belə daha təcrid olunmuş hiss edə biləcəkləri barədə xəbərdarlıq edilir./News24.az
Comments are closed.