Nikol Paşinyanı iki qonşusuyla məsələləri həll etməyə tələsdirməlidir

Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dəvətinə əsasən Prezident İlham Əliyev iyunun 19-da Türkiyəyə səfər edəcək. Dövlət başçıları 2023-cü ilin fevral ayında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Qəhrəmanmaraş şəhərində inşa edilən “Azərbaycan Məhləsi”nin açlışında iştirak edəcəklər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, bundan bir gün sonra Ərdoğanın dəvətinə əsasən Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edəcək. İki səfər arasında bir günlük fərq təsadüfdürmü? Bəlkə, Ərdoğan İlham Əliyevlə və Nikol Paşinyanla Türkiyədə üçlü görüş keçirmək istəyib. Əslində belə bir görüş faydalı olardı.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Paşinyana izah edərdilər ki, Ermənistan Konstitusiyasında dəyişiklik edib Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının sürətləndirilməsi onun xeyrinədir. Ermənistanda vəziyyəti qarışdırmaq istəyən güclər fəallaşıblar, Nikol Paşinyanı devirmək istəyənlər birləşirlər.

Üstəgəl İsrail-İran müharibəsinin Ermənistana mümkün mənfi təsirləri də Nikol Paşinyanı iki qonşusuyla məsələləri həll etməyə tələsdirməlidir.

Comments are closed.

Tərcümə »