Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.
Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb.
Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb.
Həmin şəxslər səhər saatlarında Gəncə şəhərində çalışdıqları məktəbə işə gedirmişlər./Qafqazinfo.az/
Comments are closed.