Azərbaycan millisi bu gün Macarıstanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.**Sfera.az

Comments are closed.

Tərcümə »