Marneulidə silahlı insident oldu: Yaralılar var

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində silahlı insident baş verib.

İctimai Rəy Teleqraf-a istinadən xəbər verir ki, polis bölməsinin qarşısında qeydə alınmış insidentdən öncə mübahisə olub.

Nəticədə iki nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb. İnsidentlə bağlı saxlanılanların olduğu bildirilir.

Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.

Comments are closed.

Tərcümə »