Xəbər verdiyimiz kimi, İlkay Gündoğanın transferi üçün “Qalatasaray”ın çalışmaları davam edir.
Ulduz futbolçunun maaş danışıqları ilə bağlı yeni iddia ortaya atılıb.
Gündoğanın 8 milyon avro maaş istədiyi, “Qalatasaray”ın isə bu rəqəmi 6 milyon avroya endirməyi düşündüyü bildirilib.
Qeyd edilir ki, 34 yaşlı İlkay Gündoğan ötən mövsüm “Mançester Siti”nin heyətində 50 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb./Milli.az/
Comments are closed.