Ağır qəza: İki məktəblini maşın vurdu

Mingəçevirdə KIA markalı avtomobillə vurulan piyadalar – 2008-ci il təvəllüdlü Ədalət Nəzərli və Murad Məmmədov məktəbli imiş.

İctimai Rəy oxu.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdləri ali məktəbə sənəd veriblər və hadisə zamanı hazırlıqdan gəlirmişlər.

Abituriyentlər yolu keçərkən “KIA” markalı avtomobil idarəetməni itirərək onları vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Comments are closed.

Tərcümə »