ABŞ tərəfi Tehranın nüvə proqramı ilə bağlı ehtimal olunan sövdələşmə çərçivəsində İrana qarşı sanksiyaların ləğvi barədə hələ zəmanət verməyib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
“Bu mövzu ilə bağlı ABŞ tərəfindən indiyədək heç bir izahat alınmayıb. İran xalqına qarşı tətbiq edilən amansız sanksiyaların necə aradan qaldırılacağı bizə tam aydın olmalıdır. Biz keçmiş təcrübənin təkrarlanmayacağına və həqiqətən də iqtisadi, bank və ticarət sahələrində sanksiyaların ləğvini görəcəyimizə əmin olmalıyıq”, – diplomat əlavə edib.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirmişdi ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran hökumətinə Tehranın nüvə proqramı ilə bağlı ətraflı və məqbul təklif göndərib./Report
Comments are closed.