İlham Əliyev Məhəmməd Əbunəyyanı qəbul etdi – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.

İctimai Rəy xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirilib.

Azərbaycanla “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulanıb. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunulub.

Vurğulanıb ki, “ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə şərtlərinin razılaşdırılmasının son mərhələsidir.

Qısa müddət ərzində son müqavilə sənədlərinin imzalanması və suyun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılması ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi aparılıb.

Qonaq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, həmçinin Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı təbriklərini çatdırıb.

Məhəmməd Əbunəyyan Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı Kralının dünyada baş verən hadisələrlə bağlı böyük liderlik nümunəsi göstərdiklərini deyib.

O, Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə yatırılan investisiyalara dövlət başçısı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Söhbət zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

***

 

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.

İctimai Rəy xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Comments are closed.

Tərcümə »