“Hörümçək toru” adlı hərbi əməliyyat çərçivəsində Ukrayna cəmi 117 ədəd FPV tipli kamikadze dronlardan istifadə edib. Hər biri təxminən 1000 ABŞ dolları dəyərində olan bu pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna Rusiyanın strateji aviasiyasına ağır zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançıların 34 faizi ya məhv edilib, ya da ciddi şəkildə zədələnib.
Qarşılaşdırma aparıldıqda bu hücumun miqyası daha da aydın görünür. Belə ki, bir FPV dronun orta dəyəri təxminən 1000 dollar təşkil edir. Rusiyaya məxsus strateji bombardmançıların hər birinin dəyəri isə 100 milyon dollardan başlayır.
Qeyd edək ki, bu əməliyyat müasir döyüş taktikalarında asimmetrik müharibənin gücünü bir daha sübut etdi. Bahalı və mürəkkəb silah sistemləri artıq nisbətən ucuz və çevik texnologiyalar qarşısında o qədər də təhlükəsiz deyil. Ukraynanın bu uğurlu dron əməliyyatı müasir müharibənin yeni reallıqlarını göstərən bariz nümunədir.
Comments are closed.