Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.
Məktəbin fiziki tərbiyə müəllimi ötən gün dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, Y.Aliyarlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. O, 2015-ci ildən müəllim kimi çalışırmış.
Xatırladaq ki, ötən gün Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin 32 yaşlı fortepiano müəllimi Fərqanə Sadıqova da vəfat edib./”qafqazinfo”

Comments are closed.