Rusiya və İrandan idxal olunan bəzi qida məhsullarında parazit və bakteriyalar aşkarlanıb

Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.

İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb.

Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı İstehsal və son istifadə tarixi Mənşə ölkəsi İxracatçı müəssisə
Dondurulmuş balıq 03.04.2025 – 03.04.2026 Rusiya ООО «Food Team»
Soğan halqası 20.08.2024 -20.08.2025 Rusiya ООО «МИРАТОРГ»
Ərik qurusu 01.04.2025 – 01.04.2027 İran “Trading Mirebrahim Seyed Alaei”
Turşu lavaş 01.02.2025 – 01.02.2027 İran “Elyas Na

Comments are closed.

Tərcümə »