“Real” bu məbləğ ödənilsə, onunla vidalaşacaq

“Real Madrid” bu yay Rodriqo ilə vidalaşa bilər.

“Kral klubu” 100 milyon avroluq təklif gəlsə, braziliyalı futbolçunu satacaq. “Arsenal” və “Çelsi” onunla maraqlanır.

Bu barədə “AS” nəşri məlumat yayıb.

Rodriqo 2019-cu ildən Madrid təmsilçisində çıxış edir. O, cari mövsüm 50 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onun “kral klubu” ilə 2028-ci ilin yayına qədər müqaviləsi var./Offsideplus.az

Comments are closed.

Tərcümə »