Lənkəranda ahıl kişi naməlum şəxs tərəfindən qətlə yetirilib

Lənkəranda qətl hadisəsi törədilib.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb.

V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments are closed.

Tərcümə »