Tramp Putinə vaxt verdi – 14 gün…

“Vaşinqton bir-iki həftə ərzində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda gələcək taktikalara qərar verəcək. Bu qərar daha çox Rusiyanın davranışından asılı olacaq”.

Bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“İki həftə ərzində Putinin qərarını biləcəyik. Buna görə də reaksiya verəcəyik. Xüsusi nümayəndəmiz Stiv Uitkoff indi onlarla fəal işləyir, fenomenal iş görür. Görünür, onlar hansısa razılaşmaya hazırdırlar. Amma hələ heç nə imzalanmayıb, danışmaq tezdir”, – Tramp jurnalistlərlə söhbətində deyib.

Amerika prezidenti əlavə edib ki, Vladimir Putinin həqiqətən də münaqişənin sona çatmasında maraqlı olub-olmadığını indi dəqiq deyə bilməz. Eyni zamanda Tramp bir daha bəyan edib ki, Putin Ukraynanın dinc şəhərlərini vurmaqla “odla oynayır”.

“Bir neçə gecə əvvəl baş verənlərdən (Ukraynanın mülki şəhərlərinə kütləvi hücumlar) insanların həlak olmasından çox məyus oldum”, – o, əlavə edib./Milli.Az

Comments are closed.

Tərcümə »