“Taliban” hərəkatı Əfqanıstanda tətbiq etdiyi daha bir qadağa ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Əfqanıstanın Daykundi vilayətinin rəhbərliyi stolüstü futbol oyunundakı fiqurların başlarının çıxarılmasını əmr edib.
Yerli KİV-in məlumatına görə, əks halda bu oyun qadağan olunacaq.
“Taliban” rejiminin nümayəndələrinin fikrincə, mini futbolçu fiqurları bütpərəstliyi xatırladır və onların mövcudluğu islam qaydalarına ziddir. Onlar bunu bir növ bütə sitayiş kimi qiymətləndirirlər.

Comments are closed.