Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş edib – YENİLƏNİB

Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın aeroportunun açılışını edir.

İctimai Rəy xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində iştirak edib.

Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub.

 

Comments are closed.

Tərcümə »