Bu, bizi qələbəyə aparan amildir – Prezidentdən MÜHÜM AÇIQLAMA

Azərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb.

İctimai Rəy xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim öz haqq işini aparıb:

“Biz güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Bu, bizi qələbəyə aparan amildir. Bununla bərabər, gənc nəsli vətənpərvər ruhda yetişdirərək qələbəmizi şərtləndirdik”.

Comments are closed.

Tərcümə »