Ərdoğan​​​​​​​ və Şahbaz Şərif Azərbaycana GƏLİR – Sabah tarixi AÇILIŞ OLACAQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Musavat.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Billdirilib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə inşa olunan üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək rəsmi mərasimlə fəaliyyətə başlayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif sabah Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Qeyd edək ki, 2021-ci ildə təməli qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən isə 60 km məsafədə yerləşir.

Azərbaycanın Baş naziri Əli Əsədovun 26 may tarixli qərarı ilə Laçın Hava Limanına “beynəlxalq hava limanı” statusu verilib. Bu status barədə məlumat beynəlxalq təşkilatlara da təqdim olunub. Bununla da Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatıb.

Xatırladaq ki, prezidentlər 20 oktyabr 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.

Comments are closed.

Tərcümə »