Hindistan və Pakistan arasındakı münaqişələr Hindistandakı türk şirkətləri üçün çətinliklər yaradıb.
Musavat.com xəbər verir ki, Hindistanda 9 hava limanında fəaliyyət göstərən Türkiyənin Çelebi şirkətinin təhlükəsizlik rəsmiləşdirilməsinin ləğvi gərginliyi artırıb və hindli milyarderlər türk şirkətlərini boykota çağırıb.
Hindistanlı milyarderlərin İstanbul, Antalya və Bodrumdakı ultralüks toy rezervasiyaları bir-birinin ardınca ləğv edilib.
Mütəxəssislər Türkiyəyə hər il 250-300 min hindistanlı turist gəldiyinə, yay ayları üçün edilən rezervasiyalarda isə yüzdə 300-ə qədər azalma olduğuna diqqət çəkib. Məlum olub ki, aylar öncədən edilən on minlərlə rezervasiya artıq ləğv edilib.
Hindistanlı turistlərin ləğv etdiyi rezervasiyalara pakistanlıların maraq göstərdiyi bildirilsə də, iki turist profili arasında ciddi fərqlər var. Mütəxəssislər Türkiyəyə səyahət edən hindistanlı turistlərin “lüks xərclər” qrupunda olduğunu və son illərdə Çindən Türkiyəyə səyahətlərin artması ilə bu boşluğun aradan qaldırıla biləcəyi qənaətindədirlər.
Comments are closed.