Bu tarixdə iş olmayacaq

Azərbaycanda 28 May tarixi mühüm ictimai-siyasi əhəmiyyətə malik olan bayramlardan biridir. Hər il bu tarix Müstəqillik Günü kimi qeyd olunur və ölkə miqyasında geniş şəkildə anılır.

İctimai Rəy xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, Müstəqillik Günü rəsmi bayram günü kimi qeydə alındığından həmin gün qeyri-iş günü hesab edilir.

Bu, dövlət qulluqçularına, müəllimlərə, bank və digər qurumların əməkdaşlarına şamil olunur. Beləliklə, 28 May tarixində ölkədə dövlət idarələri, banklar və təhsil müəssisələri fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, 2021-ci ildən etibarən bu tarix artıq Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd olunmağa başlanıb. Bu dəyişiklik, Azərbaycanın dövlətçilik tarixinin daha dəqiq və məzmunlu şəkildə əks etdirilməsi məqsədi daşıyır.

28 May 1918-ci il — Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün, müasir Azərbaycanın müstəqilliyinin əsasını təşkil edən tarixi hadisədir. Bu gün, ölkənin müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparan şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir, müxtəlif tədbir və mərasimlər keçirilir.

Bu əlamətdar gündə vətəndaşlar istirahət etməklə yanaşı, həm də tariximizi xatırlayır, milli birliyimizi və azadlığımızı bir daha dəyərləndirirlər.

Comments are closed.

Tərcümə »