İran ABŞ ilə razılaşma əldə edilib-edilməməsindən asılı olmayaraq uranı zənginləşdirəcək.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında çıxış edib: “ABŞ İranın nüvə silahı əldə etməyəcəyinə dair təminatlarda maraqlıdır. Belə bir razılaşma əldə edilə bilər və biz bu nəticəni əbədi olaraq təmin edəcək həll yoluna nail olmaq üçün ciddi dialoqa hazırıq. Amma razılaşma əldə olunsa da, olunmasa da İranda uranın zənginləşdirilməsi davam edəcək”.
Nazir bu paylaşımla ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Vaşinqtonun “İranın uranın 1 faiz belə zənginləşdirmə potensialının olmasına imkan verməyəcəyini” söyləməsindən sonra çıxış edib.
Qeyd edək ki, mayın 11-də Omanda ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçirilib. İran və Amerika nümayəndə heyətlərinə Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq ediblər. İranın diplomatik missiyasının rəhbəri bir sıra güzəştlərə getməyə hazır olduğunu, tərəflərin danışıqları davam etdirməyə razılaşdıqlarını açıqlayıb.
Comments are closed.