Evlərdən 14 min manatlıq əşyalar oğurlayaraq satıb

Xəzər rayonunda evlərdən 14 min manatlıq məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

İctimai Rəy xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində müxtəlif vaxtlarda Şağan, Türkan və Mərdəkan qəsəbələrində evlərdən oğurluq edən 36 yaşlı Elvin Qasımov saxlanılıb.

Onun 5 mənzildən ümumi dəyəri 14 min manat olan məişət əşyaları oğurladığı müəyyən edilib.

Saxlanılan şəxsin əldə etdiyi məişət əşyalarının bəzilərini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birinə satdığı məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

E.Qasımovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Comments are closed.

Tərcümə »