İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.
İctimai Rəy xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.
Vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb.
Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.
Comments are closed.