Ərdoğandan sülh çağırışı: Zelenski ilə görüşdə Ukraynada atəşkəsə dərhal dəstək veriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsin elan olunmasını dəstəklədiyini bildirib və bu təşəbbüsü Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlarda irəli sürməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bəyanatda vurğulanır ki, Ərdoğan tərəfləri dərhal atəşkəsə çağıracaq və bu məsələdə tərəddüdsüz mövqe nümayiş etdirəcək.

Hazırda Zelenskinin Ankaraya səfəri və liderlər arasında baş tutacaq görüş regionda mümkün diplomatik irəliləyiş üçün həlledici mərhələ hesab olunur.

Gözləntilərə görə, danışıqlar sülh prosesinin konturlarını müəyyən edə bilər.

Comments are closed.

Tərcümə »