Quba rayonunda bədbəxt hadisə baş verib.
Mayın 13-ü saat 18 radələrində Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən orada işləyənləri elektrik cərəyanı vurub.
Belə ki, paytaxt sakini Xanlar Paşayevin idarə etdiyi “Mercedes” markalı 99-BS-280 nömrə nişanlı betonqarışdıranın borusu elektrik xəttinə dəyib.
Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri – 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyevi və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.
Ə.Hüseynquliyev hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.
Hazırda faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/
Comments are closed.