Tramp Səudiyyə Ərəbistanına GƏLDİ

ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

Bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Səudiyyə Ərəbistanının hava məkanında Trampın təyyarəsini üç “F-15” qırıcısı müşayiət edib. Onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə görüşəcəyi gözlənilir.

Tramp Yaxın Şərq turnesi çərçivəsində çərşənbə günü Qətərə, cümə axşamı isə BƏƏ-yə gedəcək.

ABŞ mətbuatı xatırladır ki, bu, Trampın ikinci prezidentlik müddətində ilk böyük xarici səfəridir.//Report

Comments are closed.

Tərcümə »