Türkiyənin xarici işlər naziri Hakan Fidan keçirdiyi brifinqdə PKK-nın özünü buraxmasından danışıb.
Musavat.com xəbər verir ki, Hakan Fidan hadisənin mühüm olduğunu söyləyib:
“PKK-nın özünü buraxması tarixi və əhəmiyyətli qərardır. Prosesin bundan sonrakı gedişini diqqətlə izləyəcəyik.
Qeyd edək ki, PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb. Bu barədə “Rudaw” agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, təşkilatın qurultayında PKK-nın silahlı mübarizədən imtina edərək siyasi və demokratik yollarla fəaliyyətə keçdiyi bildirilib.
Eyni zamanda beynəlxalq ictimaiyyətə dəstək üçün çağırış edilib.
Özünü buraxan terro təşkilatı Türkiyə hakimiyyətini PKK-nın həbsdə olan lideri Abdullah Öcalana hüquqi və siyasi zəmanət verməyə çağırıb.
Comments are closed.