Alonso bu tarixdə “Real”ın başına keçir – imzalar atılacaq

“Bayer 04” klubunun baş məşqçisi Xabi Alonsonun “Real Madrid”lə imzalayacağı müqavilənin tarixi bəlli olub.

Milli.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya çempionu olan 43 yaşlı mütəxəssis iyunun 1-də imza atacaq rəsmi olaraq yeni klubunun baş məşqçisi olacaq.

Alonso iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatında “Kral klubu”nun sükanı arxasında olacaq.

Xatırladaq ki, mayın 9-da “Bayer 04” rəsmiləri Xabinin mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Comments are closed.

Tərcümə »