Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar olaraq Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov Fəxri xiyabana gələrək onun məzarını ziyarət edib.
Bu barədə AHK mətbuat xidməti məlumat verib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri komitə sədri tərəfindən yad olunub, onların məzarları üzərinə gül dəstələri qoyulub.
Comments are closed.