Pakistanın Baş naziri Şahbaz Şərif mayın 7-nə keçən gecə Hindistanın təşkil etməyə cəhd göstərdiyi hava hücumu barədə parlamentdə açıqlama verib və Pakistanın qələbəsini elan edib.
Musavat.com xəbər verir ki, Onun sözlərinə görə, Hindistan 80 döyüş təyyarəsi ilə Pakistanın altı bölgəsinə, o cümlədən Azad Kəşmir və Sialkota zərbələr endirməyə çalışıb.
Şərif bildirib ki, Pakistan Hərbi Hava Qüvvələri beş düşmən təyyarəsini, o cümlədən üç “Rafale” qırıcısını vurub, bir təyyarə isə Hindistanın Batxinda bölgəsində qəzaya uğrayıb. Həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edilib.
Baş nazir Silahlı Qüvvələrin yüksək səviyyədə koordinasiya və peşəkarlıq nümayiş etdirdiyini vurğulayaraq, Pakistan xalqının ordu ilə qürur duymalı olduğunu qeyd edib.
Comments are closed.