Bəzi bölgələrdə aprel ayını ortalarından fermerlər ot biçini edir. Mal-qara üçün tədarükə başlayırlar. Amma Göyçayın bəzi kəndlərində hava şəraiti işlərin gedişatını pozub.
Milli.Az xəbər verir ki, 15 gündür ki, yağan leysan səbəbindən biçilən ot elə sahədə çürüyür. Fermerlər bildirirlər ki, hava isti olmalıdır ki, ot qurusun sonra dama yığılsın:
“Mövcud vəziyyət bazarlardan yan keçməyəcək. Belə ki, yağıntı çox olarsa, otun qiymətində bahalaşma müşahidə ediləcək. Yonca presi 6, 7 manata bəzən 8 manata başa gəlir. Yəni, bu otun keyfiyyətindən asılıdır”.
Mütəxəssis Eyvaz Səmədov deyir ki, otun qiymətinin bahalaşması ətin qiymətinə də təsir edəcək. Ətin qiymətinin bahalaşması onun yemindən asılıdır. Yemin qiyməti bahalaşsa, ət də bahalaşacaq.
Qeyd edək ki, ölkə ərazisində yağıntılı hava şəraiti mayın 7-si tədricən kəsiləcək.
Comments are closed.