ABŞ bu il Avropa İttifaqı (Aİ) mallarından 100 milyard avro gömrük rüsumu toplaya bilər.
“Report” xəbər verir ki, bunu ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa Komissarı Maroş Şefçoviç Avropa Parlamentinin sessiyasında çıxışı zamanı bildirib.
“Bu, rüsumların toplanması baxımından böyük məbləğ olacaq. 2024-cü ildə ABŞ Aİ mallarından rüsum və tariflər şəklində 7 milyard avro toplayıb. Avropa Komissiyasının proqnozu göstərir ki, 2025-ci ildə bu rəqəm 100 milyard avroya qədər arta bilər”, – o qeyd edib.
O vurğulayıb ki, bu gün Vaşinqton artıq Aİ ixracının 70 %-nə 10 %-dən 25 %-ə qədər gömrük rüsumu tətbiq edib.
Comments are closed.