İran və ABŞ arasında dördüncü danışıqlar raundu mayın 11-də Maskatda (Oman) keçiriləcək.
Bu barədə “Report” “NourNews”a istinadən xəbər verir.
“İran və ABŞ arasında dördüncü dolayı danışıqlar raundu mayın Omanın paytaxtı Maskatda keçiriləcək. Son aylarda üç intensiv məsləhətləşmə raundundan sonra başlanan bu danışıqlar humanitar məsələlərə və hər iki tərəfin marağında olan təhlükəsizliyin ayrı-ayrı aspektlərinə yönəlib”, – məlumatda bildirilib.
Agentlik xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında gələn həftə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və regionun bir sıra digər ölkələrinə səfər edəcəyini bildirib.
“Yaxın Şərqdəki gərgin siyasi vəziyyəti nəzərə alasaq Maskatdakı danışıqlar son dərəcə aktual hesab olunur. Onların nəticəsi həm İranın nüvə proqramı ətrafındakı vəziyyətin inkişafına, həm də ABŞ-nin regionda atacağı növbəti addımlara təsir göstərə bilər”, – məlumatda deyilir.
Comments are closed.