16 yaşına çatmayan qızı evlənmək məqsədi ilə qaçırıb onunla münasibətdə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Musavat.com xəbər verir ki, hadisə Azərbycanda rayonlardan birində baş verib. 39 yaşlı Rasim (ad şərtidir) 16 yaşı tamam olamayan Azadəni (ad şərtidir) qaçırıb. Qız hazırda şikayətçi deyil və ifadəsində könüllü qaçdığını bildirib.
Təqsirləndirilən şəxsin və qızın ifadəsindən məlum olub ki, onlar pambıq sahəsində tanış olublar. Azadə pambıq sahəsində çalışan zaman Rasim onu görüb və bəyənib. Bu barədə Azadəyə xəbər göndərib. Azadə də tanış olmaq istədiyini deyib. Tanışlıqdan sonra Azadəyə elçi gedilib.
Rasimin dediyinə görə ailələr arasında nişan edilib. Bir müddət sonra Azadənin ailəsi qızlarının yaşının az olduğunu əsas gətirərək onu evləndirmək istəməyiblər. Azadə Rasimə zəng edərək onu qaçırmasını istəyib.
Rasim Azadəni öz evlərinə qaçırıb. Bu barədə xəbər tutan yerli icra hakimiyyəti orqanı polisə məlumat verib. Rasim məsuliyyətə cəlb edilib.
Tərəflər bir-birindən şikayətçi olmayıb. Azadə və ailəsinin Rasimdən şikayəti olmayıb və hazırda bir ailə kimi yaşadıqlarını bildiriblər. Azadə hazırda 6 aylıq hamilədir.
Məhkəmə təqsirləndirilən Rasim barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib.
Comments are closed.