Reallıqları qəbul edə bilməyən və revanşizmə can atan keçmiş separatçı “banda”nın törtöküntüləri bu gün də Rusiyaya ümidlə baxmağa, Kremldən dəstək ummağa davam edirlər. Bunu Qarabağdakı keçmiş erməni silahlı quldur dəstəsinin başçılarından biri olan Vitali Balasanyanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı müraciətindən də görmək mümkündür.
Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınan qatı erməni millətçisi Vitali Balasanyan Putinə məktubunda alman faşizmi üzərində Qələbənin 80 illiyini bəhanə edərək, sözügedən “böyük Qələbəyə 90 min Qarabağ ermənisinin töhfə verdiyini” iddia edib və “erməni xalqının qəhrəmanlığı” barədə ağzına və ağlına gələn uydurmaları yazıb. Məktubunun sonunda isə Balasanyan Putinin vasitəçiliyi ilə “Böyük Vətən Müharibəsində qalib gəlmiş xalqın” varisləri olan Qarabağ ermənilərinin “öz tarixi vətənlərinə” qayıdacaqlarına ümid bəslədiyini bildirib.
Belə bir məktubla Rusiya liderinə müraciət edilməsi sözsüz ki, revanşistlərin növbəti təxribatıdır. Balasanyanın bu addımı bir daha onu göstərir ki, ermənilər Azərbaycanın əzəli torpaqlarında yenidən “lövbər” salmaq, yerləşmək cəhdlərindən əl çəkmək istəmirlər. Eyni zamanda, bu məktub ermənilərin Rusiyanın “alət”i, satelliti rolunda çıxış etmək vərdişlərinin hələ də davam etdiyini təsdiqləyir. Xarici güclərə (ilk növbədə isə Rusiyaya) yarınmaq, könüllü şəkildə onların alətinə çevrilməklə öz məqsədlərinə nail olmaq ermənilərin köhnə vərdişidir. Onlar indi də yenidən Putinə yalvarmaqla öz istəklərinə nail ola biləcəklərini zənn edirlər.
Bu kütbeyinlər hələ də anlaya bilmirlər ki, Rusiya onlardan alət kimi istifadə edib və kənara atıb. Başqa sözlə desək, özlərini “Qarabağ klanı” adlandıran bu separatçı-revanşist törtöküntülərinin “istifadə müddəti” artıq bitib. Moskvanın onlardan təkrar istifadəyə cəhd göstərməsi və Azərbaycanla münasibətləri daha da gərginləşdirməsi ağılsızlıq olardı. Bu baxımdan, Rusiya lideri böyük ehtimalla ermənilərin təxribatçı müraciətinə heç bir reaksiya verməyəcək.
Dünya birliyi 44 günlük müharibənin yaratdığı yeni reallıqları çoxdan qəbul edib və Qarabağın Azərbaycana məxsus olduğunu yekdilliklə təsdiqləyib. Ermənistanın revanşist qüvvələri də artıq reallıq hissinə qayıtmalı və utanmadan Putinə, Makrona, digər liderlərə yalvarmaq cəhdlərinə son qoymalıdırlar. Paşinyan iqtidarı bu revanşistləri cilovlayıb sakitləşdirməlidir. Çünki onların təxribatçı davranışları Ermənistan-Azərbaycan normallaşma prosesinə ciddi şəkildə mane olur. Rəsmi İrəvan sülh sazişinə gedən yolun təmizlənməsi və ədalətin bərpası üçün Vitali Balasanyan, Seyran Ohanyan, Samvel Babayan və onların keçmiş “xaç ata”ları – Robert Köçəryan, Serj Sərkisyan kimi Xocalı qatillərini tutub Azərbaycana təhvil verməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.