Ötən ay İran-Azərbaycan sərhədində silahlı insident olub, iki nəfər zərərsizləşdirilib

Aprel ayında İrandan iki pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

İctimai Rəy xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən iki nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.

Comments are closed.

Tərcümə »