Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat AŞKARLANDI

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

İctimai Rəy xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan iki nəfər 2 avtomat silahı, 2 patron darağı və 18 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Xətai rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tüfəng və 9 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Comments are closed.

Tərcümə »