İstanbuldakı Avropa Kubokunda Azərbaycanın 38 cüdoçusu mübarizə aparacaq

Mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda Azərbaycanın 38 cüdoçusu mübarizə aparacaq.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkə ümumilikdə 10 çəki dərəcəsində (28 oğlan, 10 qız) təmsil olunacaq.

Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Turnirdə 30 ölkədən 529 cüdoçu (355 oğlan, 174 qız) iştirak edəcək.

Comments are closed.

Tərcümə »