Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri zamanı vəliəhd şahzadə Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb.
İctimai Rəy xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in feysbuk hesabında paylaşılıb.
Tərəflər Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi sahələrini müzakirə edib, müxtəlif sektorlar üzrə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırıblar.
Hər iki tərəf xüsusilə iqtisadi inkişaf, ticarət, investisiya, enerji təhlükəsizliyi və turizm kimi sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan tam istifadənin vacibliyini vurğulayıblar. Həmçinin bu əlaqələrin daha da dərinləşməsində Əməkdaşlıq üzrə Birgə Komissiyanın mühüm rolu qeyd olunub.
Bundan başqa, C.Bayramov Cənubi Qafqazda baş verən hadisələr, xüsusən də Azərbaycanın münaqişədən sonrakı bərpası və sülh səyləri ilə bağlı Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabaha son məlumatları verib.
Comments are closed.