ABŞ Maliyyə Nazirliyi Çin və İranda bir neçə fiziki və hüquqi şəxsə İranın ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünə kömək etdiklərinə görə sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumatı nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilib.
Bildirilir ki, İran və Çindəki altı qurum və altı fiziki şəxs İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün ballistik raket yanacağı komponentlərini əldə edən şəbəkənin üzvü kimi sanksiya siyahısına salınıb. Onların arasında Çinin Shenzhen Amor Logistics Co Ltd şirkətindən SEPAH üçün natrium perkloratı satın alan İranda yerləşən Saman Tejarat Barman Trading Company (STB) də var. STB ilə əlaqəli altı şəxsə qarşı məhdudiyyətlər tətbiq edilir.
Sanksiyalar STB-ni başqa bir maddə olan dioktil sebakatla təchiz edən Dongying Weiaien Chemical Co Ltd-yə də təsir edib.
Sanksiyalar siyahısına həmçinin natrium xlorat tədarük edən Çində yerləşən Yanling Chuanxing Chemical Plant General Partnership şirkəti və maliyyə sahəsində Yanling Chuanxing Chemical Plant General Partnership və personal ilə əlaqəli olan China Chlorate Tech Co Limited və Yanling Lingfeng Chlorate Co Ltd şirkətləri də var.
Bu ilin əvvəlində Qərb mediası İran hakimiyyətinin ballistik raketlər üçün bərk yanacaq bərk yanacaq istehsalınbda lazım olan 1000 ton natrium perxloratı Çindən aldığını və yükün iki gəmidə İrana göndərildiyini yazmışdı.
Aprelin 26-da həmin maddənin olduğu konteyner İranın ən böyük limanı olan Şəhid Rəcai limanında partlayaraq böyük dağıntı və tələfata səbəb olub.
Comments are closed.