Ballıca kəndinə növbəti köç yola salındı

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

İctimai Rəy xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 15 ailə (68 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 172-yə (811 nəfər) çatacaq.

Comments are closed.

Tərcümə »