İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb.
O qeyd edib ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər:
“Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik”.
Comments are closed.