Kanadada avtomobilin piyadaları vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb

Kanadanın Vankuver şəhərində küçə festivalı zamanı avtomobilin izdihamı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə şəhər polisi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Lapu-Lapu festivalında baş verən kütləvi insident nəticəsində 11 nəfər həlak olub”, – paylaşımda qeyd olunur.

Bundan əvvəl Kanadanın Baş naziri Mark Karni festivalda baş vermiş insidentdən sonra ictimai təhlükəsizliyə heç bir təhlükə olmadığını bildirmişdi. O, 20-dən çox insanın yaralandığını qeyd edib.

Comments are closed.

Tərcümə »